Qısa müddətli internet problemi nədən yaranır?

GÜNDƏM 22 avqust 2025, 18:50
“Son günlər internetdə yaranan qısa müddətli problemlərin bir neçə səbəbi ola bilər. Ən çox rast gəlinən səbəb texniki nasazlıqlardır. Məsələn, internet provayderlərinin şəbəkəsində avadanlıqların sıradan çıxması, texniki xidmət işlərinin aparılması və ya beynəlxalq internet kanallarında yüklənmə olmasıdır”. 

Bunu İT mütəxəssisi Həsən Qurbanov Demokrat.az-a açıqlamasında bildirib.

O deyib ki,  bu zaman istifadəçilər həm sürətin zəifləməsini, həm də bəzi sayt və proqramlara daxil olmaqda çətinlik yaşayırlar:

“Başqa bir səbəb təhlükəsizliklə bağlı ola bilər. Bəzən müəyyən hücumlar xüsusilə də kiberhücumlar şəbəkənin normal fəaliyyətinə mane olur. Bu cür hücumlar zamanı sistemlərdə yüklənmə baş verir. Nəticədə internet əlaqəsi zəifləyir və ya müəyyən resurslara giriş mümkün olmur.Əgər problem yalnız müəyyən bir şəhərdə və ya rayonda müşahidə olunursa, bu, həmin bölgənin infrastrukturunda yaranan nasazlıqdan qaynaqlanır. Amma ölkə üzrə çoxlu istifadəçi eyni vaxtda eyni çətinliklə üzləşibsə, deməli problem daha böyükdür. Beynəlxalq internet çıxışına təsir edən texniki səbəblərlə bağlıdır. Belə vəziyyətlərdə istifadəçilərin edə biləcəyi çox şey yoxdur. Ən doğru addım gözləməkdir, çünki provayderlərin texniki heyəti problemi qısa müddətdə aradan qaldırır. Adətən bu cür nasazlıqlar müvəqqəti olur və internet bağlantısı tezliklə normallaşır”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 avqust 2025, 19:36
Top