"Müasir dövrdə elektron vasitələrlə pul gəliri əldə etmək imkanlarının genişlənməsi Vergi Məcəlləsinin də buna uyğunlaşdırılmasını zəruri edir. Azərbaycanda uzun müddətdir ki, həm elektron əməliyyatlardan əldə olunan gəlirlərin uçotu, həm də onların vergiyə cəlb olunması məsələsi mövcuddur. Əvvəllər, məsələn, "freelance" fəaliyyəti ilə bağlı gəlirlərin vergiyə cəlb olunması, xüsusilə xaricdə göstərilən xidmətlərin uçotu ilə bağlı müəyyən çətinliklər yaranırdı".
Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.
"Lakin zaman keçdikcə bu gəlirlərin uçotunun aparılması və həmin gəlirləri əldə edən şəxslərin vergiyə cəlb olunması məsələsi aktuallaşdı. Burada əsas məsələ gəlir mənbəyinin müəyyənləşdirilməsi, subyektin vergi ödəyicisi kimi qeydiyyata alınması və ya gəlirin nəzarətdə saxlanılmasıdır".
İqtisadçı deyib ki, bu subyektlər ya fiziki, ya da hüquqi şəxs kimi qeydiyyata düşür, gəlirlərini rəsmiləşdirirlər:
"Həmçinin müxtəlif onlayn rejimdə bank ödəmələri və maliyyə monitorinqi vasitəsilə gəlirin mənbəyi və onun sahibkarlıq fəaliyyəti daşıyıb-daşımadığı müəyyənləşdirilir, bundan sonra isə vergiyə cəlb olunması məsələsi ortaya çıxır.
O cümlədən, kriptovalyuta əməliyyatları da dünyada geniş yayılıb. İnkişaf etmiş ölkələrdə bu əməliyyatlardan gəlir əldə edilərkən, hesaba pul köçürülməzdən əvvəl müvafiq ölkənin vergisi tutulur və şəxs yalnız xalis gəlirini əldə edir. Azərbaycanda da gələcəkdə bu məsələlərin elektron qaydada tənzimlənməsi və vergiyə cəlb olunmasının təmin edilməsi gözlənilir".
Əfsanə Kamal
Demokrat.az