"Türkmənistan və Azərbaycan arasında əlaqələr son zamanlarda həm ikitərəfli münasibətlər müstəvisində, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində inkişaf edir. Türkmənistanın və Azərbaycanın yüksək səviyyəli enerji resursları, eləcə də mədəniyyət sahəsindəki əməkdaşlıq gələcək inkişaf üçün böyük perspektivlər açır".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.
"Çünki Türkmənistanla Azərbaycanın ortaq türk mədəni kimliyi bu iki ölkənin ikitərəfli münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Enerji sahəsində əməkdaşlıq məsələsinə Türkmənistan böyük önəm verir. Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri zamanı cənab İlham Əliyevlə görüşündə də bu məsələ xüsusilə vurğulanıb".
O bildirib ki, rəsmi Aşqabad Bakı ilə enerji əməkdaşlığının inkişafını əsas prioritetlərindən biri kimi görür:
"Eyni zamanda Türkmənistan Qarabağda yenidənqurma və bərpa işlərinə də maraq göstərir. Heç təsadüfi deyil ki, Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə səfər edib və orada mühüm tədbirlərdə iştirak edib.
Böyük ehtimalla Türkmənistan bu bərpa prosesində fəal iştirak edəcək və dəstək verəcək. Türkmənistanın şəhərsalma və memarlıq sahəsində geniş təcrübəsi var. Məlum olduğu kimi, Türkmənistanda dünyada bənzəri olmayan şəhərsalma kompleksləri həyata keçirilib. Buna görə də Türkmənistanın Qarabağın bərpasında iştirakı gözləniləndir.
Əsas məsələlərdən biri enerji sektorunda əməkdaşlıqdır və bu, müzakirələrin mərkəzində dayanır. Bakı–Aşqabad münasibətlərində atılan bu addımlar şübhəsiz ki, Türkmənistanın Türk Dövlətləri Təşkilatına inteqrasiyası və bu təşkilatın güclənməsi baxımından da mühüm əhəmiyyət daşıyır".
Əfsanə Kamal
Demokrat.az