“Kommunikasiyalar açılanda hərtərəfli açılacaq. Ermənistandan hətta İrana da dəmir yolu açılacaq. Ermənistanın Azərbaycan üzərindən Rusiyaya, Xəzər dənizi üzərindən isə Orta Asiyaya yolları açılacaq”.
Bunu Demokrat.az-a açıqlamasında “REAL” Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, kommunikasiyaların açılması bütün region ölkələri üçün faydalıdır:
“Yəni bundan hamı, bütün region ölkələri faydalanacaq, o cümlədən Ermənistan və Azərbaycan. İran üçün də çox faydalıdır. Sadəcə, İran tərəfi öz siyasi baxışlarına görə bəzi hallarda bu layihə ilə bağlı fərqli fikirlər səsləndirir. Rusiyaya da sərf edir bu yolların açılması. Azərbaycan üzərindən Bakı limanına, Bakı limanından Xəzər dənizi vasitəsilə Orta Asiyaya Ermənistan yüklərinin çatdırılması da mümkündür”.
Cavidan Mirzəzadə
Demokrat.az