"Əlavə tədbirlərin həyata keçirilməsinə ehtiyac yoxdur. İstər tibb sahəsində, istər təhsil sahəsində, istərsə də digər sahələrdə Azərbaycanda yetərincə qanunvericilik bazası mövcuddur və həmin qanunlara uyğun şəkildə fəaliyyət göstərilməlidir".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.
"Qanundan kənar istənilən fəaliyyət isə təbii ki, qanunvericiliyə uyğun olaraq cəzalandırılır. Təəssüf ki, bu gün diplomu və ixtisası imkan vermədiyi halda müxtəlif sahələrdə, xüsusilə də plastik cərrahiyyə, stomatologiya və digər sahələrdə fəaliyyət göstərən, əslində həkim ixtisası olmayan şəxslərin fəaliyyəti ilə bağlı problemlər mövcuddur. Bəzən hətta saxta diplomlarla təhsil müəssisələrində fəaliyyət göstərən şəxslərlə bağlı da məsələlər gündəmə gəlir".
Deputat deyib ki, digər sahələrdə də oxşar hallar müşahidə olunur:
"Əgər bir şəxs öz ixtisasına uyğun olmayan sahədə, qanunun tələblərinə zidd şəkildə və saxta sənədlərlə fəaliyyət göstərirsə, təbii ki, bunun da qanunvericilikdə cəzalandırılması nəzərdə tutulur. Belə hallar aşkarlanarsa, həmin şəxslər barəsində müvafiq addımlar atılır.
Yəni əlavə olaraq yeni qanunların və qaydaların qəbul edilməsinə ehtiyac yoxdur. Sadəcə mövcud qanunvericilik bazasından istifadə etməklə qanunsuz fəaliyyət göstərənlərə qarşı mübarizə davamlı və diqqət mərkəzində saxlanılmalıdır.
Xüsusilə də səhiyyə sahəsində bu cür qanunsuz fəaliyyət insanların sağlamlığına ciddi təhlükə yaradır. Təhsil sahəsində isə bu, həm təhsil alanların hüquqlarını pozur, həm də təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Buna görə də mövcud qanunlar çərçivəsində bütün bu məsələlər həllini tapmalı və qanundan kənar fəaliyyətlər qanunvericiliyə istinad edilməklə cəzalandırılmalıdır".
Əfsanə Kamal
Demokrat.az