
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) idarə rəisi vəfat edib.
Demokrat.az xəbər verir ki, bu haqda “Life at AZAL” səhifəsi məlumat yayıb:
“Dərin kədər hissi ilə bildiririk ki, SƏTƏMM və Keyfiyyətə Nəzarət İdarəsinin rəisi Rəşad Haqverdiyev vəfat edib.
O, mehribanlığı və peşəkarlığı ilə hər kəsin yaddaşında dərin iz buraxdı.
Allah rəhmət eləsin, ailəsinə və yaxınlarına səbr diləyirik”.
Oxu.az-ın məlumatına görə, 1980-cı il təvəllüdlü R.Haqverdiyevin həyatını itirməsinə səbəb səhhətindəki problem olub.
