Dünyanın ən "ağıllı" ölkələri açıqlandı — SİYAHI

DÜNYA 22 avqust 2025, 17:40
Dünyada ən yüksək IQ orta göstəricisinə malik ölkələrin siyahısı açıqlanıb. Araşdırma nəticələri Şərqi Asiya ölkələrinin liderliyini bir daha təsdiqləyib.

Demokrat.az
xəbər verir ki, dünya əhalisi üzərində aparılan hesablamalara əsasən, Çin, Tayvan, Honkonq və Makao orta hesabla 107 IQ göstəricisi ilə ən yüksək zəkaya sahib bölgələr arasında qərarlaşıb. Onları 106 göstərici ilə Cənubi Koreya və Yaponiya, 105 göstərici ilə isə Sinqapur izləyib.

Beynəlxalq IQ testi (IIT) nəticələri 1,3 milyondan çox iştirakçını əhatə edib və indiyədək aparılmış ən geniş müqayisələrdən biri hesab olunur. Araşdırma, eyni zamanda Riçard Linn və David Beker kimi mütəxəssislərin əvvəlki nəticələrini də təsdiqləyərək Şərqi Asiya ölkələrinin uzun müddətdir lider mövqedə olduğunu ortaya qoyub.

Sıralama təhsil göstəriciləri ilə də üst-üstə düşür. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2022-ci il PISA hesabatına görə, Sinqapur şagirdləri riyaziyyat, elm və oxu bacarıqlarında dünya birincisi olub. Çin, Yaponiya, Tayvan və Cənubi Koreya da ilk beşlikdə yer alıb. Mütəxəssislər IQ göstəriciləri ilə akademik uğurlar arasında sıx bağlılıq olduğunu vurğulayırlar.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 avqust 2025, 19:36
Top