“Son dövrlərdə Azərbaycan ilə Türkmənistan arasında münasibətlər həm ikitərəfli formatda, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində dinamik şəkildə inkişaf edir”.
Bu sözləri Demokrat.az-a açıqlmasında politoloq Zeynal Əmrəliyev deyib.
O bildirib ki, hər iki ölkə zəngin enerji ehtiyatlarına malikdir və bu sahədə qarşılıqlı əməkdaşlıq prioritet istiqamətlərdən biridir:
“Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə keçirilən görüşdə də enerji sahəsindəki əməkdaşlıq xüsusi vurğulanmışdır. Rəsmi Aşqabad Bakı ilə enerji sektorunda tərəfdaşlığın dərinləşdirilməsini əsas hədəflərindən biri kimi müəyyənləşdirib. Bu əməkdaşlıq Xəzər hövzəsində enerji marşrutlarının diversifikasiyası və regional enerji təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Türkmənistanı ortaq mədəni köklər və türk kimliyi birləşdirir. Bu isə münasibətlərin yalnız iqtisadi deyil, həm də mədəni-humanitar sahədə genişlənməsinə zəmin yaradır. Mədəniyyət sahəsində əməkdaşlıq, birgə layihələr və mədəni mübadilələr xalqlar arasında qarşılıqlı anlayış dostluğun möhkəmlənməsinə xidmət edir.Türkmənistanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərində iştirak istəyi də diqqətəlayiqdir. Qurbanqulu Berdiməhəmmədovun həmin bölgələrə səfəri və burada keçirilən tədbirlərdə iştirakı bu niyyətin göstəricisidir. Türkmənistanın şəhərsalma və memarlıq sahəsindəki zəngin təcrübəsi Qarabağda müasir və dayanıqlı infrastrukturun qurulmasında faydalı ola bilər. Bakı-Aşqabad münasibətlərində atılan bu strateji addımlar həm də Türkmənistanın Türk Dövlətləri Təşkilatına daha fəal inteqrasiyasına, eyni zamanda bu təşkilatın güclənməsinə xidmət edir”.
Leyla Turan
Demokrat.az