YapiKredi Müraciət Forması
Mazda CX-5
Gündəm

Elçin Babayev BDU-da bunları edibmiş - DETALLAR

Elçin Babayev BDU-da bunları edibmiş - DETALLAR

Bakı Dövlət Universitetində (BDU) rektor dəyişikliyi olub. 2019-cu il martın 11-dən universitetə rəhbərlik edən Elçin Babayev 2026-cı il noyabrın 19-da vəzifəsindən azad edilib.

Elçin Babayevin rektor olduğu dövrdə BDU tələbələri bir sıra məsələlərlə bağlı narazılıqlarını dilə gətirmiş, müxtəlif problemlərlə üzləşdiklərini bildirmişdilər.

Demokrat.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, müxtəlif dövrlərdə tələbələrin şikayət və iddiaları sosial şəbəkələrdə və mediada yayılmış, digər yollarla ictimailəşdirilmişdi.

Şikayətlər əsasən məzun çəkilişlərinin təşkili, universitetdə asudə vaxtın keçirilməsi, tədris və qiymətləndirmə sistemi, eləcə də müxtəlif tədbirlər üçün pul yığılması ilə bağlı olub.

Məzun çəkilişlərində mantiya və kamera problemi

Məzunlara universitet daxilində mantiyaların məcburi satılması ilə bağlı iddialar vaxtaşırı gündəmə gəlirdi. Tələbələrin bildirdiyinə görə, hər il dizaynı və rəngi dəyişdirilən mantiyalar onlara getdikcə daha yüksək qiymətə təklif olunur, hətta məcburi şəkildə alınması tələb edilirdi. Mantiyası olmayan tələbələrin məzun gecəsinə buraxılmadığı da iddialar arasında yer alırdı.

Məzunların çəkiliş prosesi zamanı da müəyyən çətinliklərlə üzləşdiyi bildirilirdi. İddialara görə, universitetin müəyyən etdiyi qaydalara əsasən, çəkilişlərə yalnız bir fotoqrafın cəlb olunmasına icazə verilirdi. Məzunlara fotoqraf seçmək imkanı yaradılmır, şəkillər isə həmin fotoqrafın köməkçisi tərəfindən çəkilirdi.