YapiKredi Müraciət Forması
Mazda CX-5
Şou-biznes

Elza Seyidcahan Türkiyə Yazıçılar Birliyinə üzv oldu

Elza Seyidcahan Türkiyə Yazıçılar Birliyinə üzv oldu

Əməkdar artist, şairə Elza Seyidcahan Türkiyə Yazıçılar Birliyinə üzv seçildiyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, bəstəkar-müğənni bu uğurundan danışarkən bəzi kişi həmkarlarının ona münasibətindən də söz açıb.

O, "Sevilən səhər" verilişində çıxışı zamanı azərbaycanlı qadın şairin Türkiyədə də belə bir uğur qazanmasının fəxr ediləsi hadisə olduğunu bildirib. Elza Seyidcahan kişi şairlərə də eyni nailiyyəti əldə etməyi arzuladığını söyləyib.

Sənətçi Azərbaycanda Yazıçılar Birliyinə üzv olduğu vaxt bəzi kişilərin buna etiraz etdiyini və uğurunu qısqanclıqla qarşıladığını iddia edib.

"Xalqımız fəxr edə bilər ki, onların qadın şairi artıq Türkiyədə də Yazıçılar Birliyinə üzv olub. Arzum budur ki, kişi şairlərimiz də bu uğura nail olsunlar. Kişilər də qısqanmasınlar. Artıq hər sahədə qadınlardan daha çox qadını qısqanırlar. Azərbaycanda AYB-yə daxil olanda kişilər mənə qarşı üsyan qaldırmaq istədilər. Məni ora üzv edənlər də kişilərdir. Sözüm bəzi kişilərədir", - deyə o bildirib.