Karib dənizində səfərdə olan "Caribbean Princess" kruiz gəmisində naməlum mədə-bağırsaq infeksiyası yayılıb. Hadisə nəticəsində 134 sərnişin və 14 ekipaj üzvü xəstələnib.
Demokrat.az xəbər verir ki, bu barədə "The New York Post" nəşri məlumat yayıb.
Məlumata görə, infeksiya gəminin Karib dənizində 12 günlük səyahətə başlamasından dörd gün sonra yayılmağa başlayıb. Xəstələnən şəxslər qusma və ishal əlamətlərindən şikayət ediblər.
Hələlik xəstəliyə səbəb olan infeksiyanın mənbəyi müəyyənləşdirilməyib. Hadisəyə baxmayaraq, kruiz gəmisi planlaşdırılmış marşrut üzrə hərəkətini davam etdirir. Gəminin noyabrın 23-də ABŞ-ın Florida ştatına qayıtması gözlənilir.
Qeyd edək ki, bundan əvvəl Niderlandda Qərbi Nil qızdırmasına yoluxma hallarının sayı 81-ə çatıb, xəstəlikdən ölənlərin sayı isə 13 nəfər olub. Son iki həftə ərzində 10 quşda da virus aşkarlanıb. Beləliklə, ölkədə yoluxmuş quşların ümumi sayı 293-ə yüksəlib.



