Hindistanlıların salamlaşarkən ovuclarını birləşdirib başlarını yüngülcə əyməsi diqqətçəkən ənənələrdən biridir. "Namaste" adlanan bu salamlaşma sadəcə nəzakət ifadəsi deyil, həm də hörmət və ehtiram mənası daşıyır.
Demokrat.az xəbər verir ki, "namaste" sözü sanskrit dilindən götürülüb və təxminən "Sizə hörmətlə baş əyirəm" mənasını verir.
Bu salamlaşma hinduizm, buddizm və caynizm ənənələrində istifadə olunur. İnsanlar əsasən böyükləri, müəllimləri, qonaqları və hörmət bəslədikləri şəxsləri bu şəkildə salamlayırlar.
Əllərin sinə səviyyəsində birləşdirilməsi "Anjali Mudra" adlanır. Bu hərəkət hörmət, ehtiram və mənəvi bağlılığı ifadə edir.
Maraqlıdır ki, "namaste" yalnız salamlaşmaq üçün deyil, bəzi hallarda təşəkkür bildirmək üçün də işlədilir. Qərb ölkələrində isə bu söz daha çox yoqa məşğələlərinin sonunda istifadə olunur. Lakin ənənəvi olaraq onun əsas mənası vidalaşmaq deyil, qarşılaşarkən salam verməkdir.



