YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya

Zelenski: Rusiya sülh və atəşkəs təkliflərinə razılıq verməyib

Zelenski: Rusiya sülh və atəşkəs təkliflərinə razılıq verməyib

Ukrayna Prezidenti Volodimir Zelenski Moskvanın münaqişənin dayandırılması istiqamətində irəli sürülən atəşkəs təşəbbüslərini qəbul etmədiyini bildirib.

Demokrat.az xəbər verir ki, Zelenski bu barədə Berlində jurnalistlər qarşısında çıxışı zamanı danışıb.

O qeyd edib ki, ötən bir il ərzində enerji sahəsində qarşıdurmanın azaldılması, Qara dənizdə atəşkəsin təmin edilməsi və digər sülh təşəbbüsləri ilə bağlı müxtəlif təkliflər irəli sürülüb. Lakin Rusiya tərəfi bütün bu müraciətləri rədd edib.

"Rusiya hər bir təklifə eyni cavabı verdi – imtina", – deyə Zelenski bildirib.

Ukrayna Prezidenti Kiyevə qarşı həyata keçirilən hücumun nəticələri barədə də məlumat verib. Onun sözlərinə görə, pilotsuz uçuş aparatının zərbəsi nəticəsində Müqəddəs Vladimir kilsəsinə, həmçinin Avstriya və Niderland səfirliklərinin yerləşdiyi binalara ziyan dəyib.

Zelenski əlavə edib ki, Berlin görüşündə Ukraynanın müdafiəsinin gücləndirilməsi ilə bağlı tərəfdaşlarla razılıq əldə olunub. Xüsusilə, enerji obyektlərinin və şəhərlərin müdafiəsi, F-16 təyyarələrinin tədarükü və Avropanın hava hücumundan müdafiə imkanlarının genişləndirilməsi məsələləri müzakirə edilib.

NE
Nihadə Eyyubova