ABŞ Prezidenti Donald Tramp Avropa liderlərinin Ukraynaya hərbi dəstəyin davam etdirilməsi ilə bağlı mövqeyinə şübhə ilə yanaşıb.
Tramp Berlində keçirilən "İstəklilər koalisiyası"nın toplantısında iştirak edən Avropa liderləri ilə telefon danışığı aparıb.
ABŞ lideri Çindən qayıdarkən "Air Force One" təyyarəsinin göyərtəsindən baş tutan danışıq zamanı Kiyevə hərbi yardımın maliyyələşdirilməsinin davam etdirilməsinin məqsədəuyğunluğunu şübhə altına alıb.
Tramp, həmçinin Rusiya Prezidenti Vladimir Putinin Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində aparılan danışıqlara ciddi yanaşdığını düşündüyünü bildirib.
O, müharibənin səbəb olduğu insan itkilərinə diqqət çəkərək Avropa ölkələrini münaqişəyə əlavə vəsait ayırmağın zəruriliyini yenidən nəzərdən keçirməyə çağırıb.



