YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya

Tramp İrana qarşı növbəti addımlarla bağlı qərarı təxirə salıb

Tramp İrana qarşı növbəti addımlarla bağlı qərarı təxirə salıb

ABŞ Prezidenti Donald Tramp İranla bağlı gələcək siyasət və mümkün addımlar barədə qərar vermək üçün 2027-ci ilin əvvəlinədək gözləyəcəyini bildirib.

Demokrat.az xəbər verir ki, Amerika lideri bu barədə "Axios" portalına telefon müsahibəsi zamanı danışıb.

Tramp İran məsələsində tələsmək niyyətində olmadığını vurğulayaraq, vəziyyətin yeni ildən sonra necə dəyişəcəyini izləyəcəyini qeyd edib.

"İranla bağlı hər hansı qərar qəbul etməkdə tələsmirəm. Görək 2027-ci ilin əvvəlindən sonra nə baş verəcək", – deyə o bildirib.

"Axios"un qiymətləndirməsinə görə, Vaşinqtonun bu yanaşması Tehrana qarşı iqtisadi təzyiqlərin və dəniz blokadasının nəticələrini gözləmək strategiyası ilə əlaqəli ola bilər. Bununla yanaşı, İranın ilin sonunadək güzəştə getməyəcəyi təqdirdə, hərbi müdaxilə ehtimalının da istisna edilmədiyi bildirilir.

Digər tərəfdən, xarici KİV-lər İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ administrasiyasını İrana qarşı hərbi əməliyyatları yenidən başlatmağa razı salmağa çalışdığını yazır. Tramp isə hələlik bu istiqamətdə konkret qərar açıqlamayıb.

NE
Nihadə Eyyubova