YapiKredi Müraciət Forması
Mazda CX-5
Şou-biznes Özəl

6 illik münasibəti bitdi – Ayrılığın səbəbini açıqladı

6 illik münasibəti bitdi – Ayrılığın səbəbini açıqladı

Türkiyəli aktrisa Ayça Varlıer DJ Serhan Aydemirlə altı il davam edən münasibətinə son qoyub. Şəxsi həyatını mediadan uzaq tutmağa çalışan aktrisa ayrılıq xəbərini təsdiqləyərək artıq subay olduğunu bildirib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Kanal D-də yayımlanan "Haysiyet" serialında Şehnaz obrazını canlandıran Varlıer tədbirlərdən birində jurnalistlərin suallarını cavablandırarkən münasibətlərinin təxminən iki həftə əvvəl başa çatdığını açıqlayıb.

Aktrisanın sözlərinə görə, ayrılıq hər iki tərəfin ortaq qərarı olub. O, keçmiş sevgilisi ilə aralarında inciklik olmadığını və münasibətlərini qarşılıqlı hörmət çərçivəsində bitirdiklərini deyib.

"Bir-birimizə qarşı çox gözəl sevgi bağımız var. Bu münasibəti bitirmək qərarını birlikdə verdik. Hər ikimiz öz yolumuza davam etməyi seçdik", – deyə Varlıer bildirib.

Altı illik münasibətin niyə sona çatdığı barədə də danışan aktrisa tərəflərin bir-birinə qarşı mənfi münasibətinin olmadığını vurğulayıb.

"Onun da, mənim də xoşbəxt olacağımıza inanıram. Çox mədəni şəkildə ayrıldıq. Görünür, hər şeyin müəyyən müddəti var. Bəzən insanların enerjisi və uyğunluğu üst-üstə düşmür. Bu münasibətin də müddəti başa çatdı", – deyə o qeyd edib.

Beləliklə, Ayça Varlıer və Serhan Aydemirin altı illik sevgisi qarşılıqlı razılıq əsasında başa çatıb.