33 yaşlı kişi tanışına xəsarət yetirdi

KRİMİNAL 22 avqust 2025, 19:23
Şəki şəhərində 33 yaşlı kişi tanışına xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin mayın 8də, Şəki şəhəri, S.Eldarov küçəsində baş verib. 

Şəki sakini, 1992-ci il təvəllüdlü Teymur həmin gün saat 18:30-da fərdi yaşayış evinin həyətyanı sahəsində idarə etdiyi avtomobillə Elmarla (adlar şərtidir – red.) mübahisə edib. 

Mübahisəyə səbəb Elmarın onu Qax rayonuna aparacağına dair verdiyi vədi yerinə yetirməməsinə görə yaranıb. Bu zaman o, Elmara irad tutub, onu nalayiq ifadələrlə təhqir edib. 

Aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə Elmarın baş, üz, boyun və sinə nahiyyəsinə çoxsaylı zərbələr vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Əhədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, əməlindən peşmandır, zərərçəkmişlə barışıq əldə edib. 

Bu cinayət işinə Şəki Rayon Məhkəməsində baxılıb. Məhkəmə onların arasında barışıq olmasının, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətini geri götürməsini nəzərə alıb. Bu səbəbdən Əhədin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 avqust 2025, 19:36
Top