
Politoloq Sergey Markov Rusiyada xarici agentlərinin reyestrinə daxil edilməsinə cavab verib.
“Mən xarici agent deyiləm. Bunu hamı bilir. Mən bütün 25 il ərzində Vladimir Putinin siyasətini dəstəkləmişəm və dəstəkləyirəm. Kanadanın sanksiyaları altındayam”, – o, Teleqram kanalında yazıb.
Markov qeyd edib ki, ona qarşı hücumları Rusiyanın düşmənləri və Putinin siyasətinin düşmənləri həyata keçirir: “Mənə qarşı hücumları Rusiyanın düşmənləri və Vladimir Putinin siyasətinin düşmənləri həyata keçirir. Onlar ya gələcəkdə özlərini satqın kimi göstərəcəklər, ya da korrupsioner məmurlar kimi işdən çıxarılacaqlar”.