Bakının mərkəzində sakinləri sevindirəcək böyük yenilik — AÇIQLAMA

GÜNDƏM 22 avqust 2025, 20:53
Xəbər verdiyimiz kimi, Fəvvarələr meydanı və Qış Parkının optimal şəkildə birləşdirilməsi ilə bağlı layihə hazırlanıb. Yaxın günlərdə İslam Səfərli küçəsi ilə bağlı mütəxəssislər tərəfindən dünya təcrübəsinə əsaslanan layihənin icrasına başlanılacaq.

Bu barədə Demokrat.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib ki, İslam Səfərli küçəsinin piyadayönümlü küçəyə çevrilməsi məsələsi üzərində iki ildir iş gedir:


"Müxtəlif layihələrə baxılıb, yəqin ki, ən optimal layihə seçilib. Yəqin ki, bu layihə çərçivəsində elə bir küçə olacaq ki, həm orada yaşayan insanların sərbəst hərəkəti təmin olunsun, həm də digər sakinlərin və qonaqların.

Müsbət tərəflərindən biri odur ki, sıx məskunlaşmış, iaşə obyektləri və tarixi binalar olan yerdə avtomobillərin hərəkəri məhdudlaşdırılacaq. Şəhərdə ekoloji təmiz küçələrin nə qədər olsa, bir o qədər yaxşıdır.

Ümumilikdə bu gün Bakı şəhərində piyadayönümlülüyə daha çox şərait yaradılmalıdır".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top