Kütləvi zəhərlənmələr niyə bitmir? — "AQTA 500 manat cərimə etməklə deyil"

GÜNDƏM 22 avqust 2025, 20:40
"Bu məsələ iki tərəfli məsələdir. Biz indi desək ki, dönərxanalara nəzarət artırılsın, ətin keyfiyyətinə daha güclü nəzarət olunsun, sonra bundan dövlət qurumları istifadə edərək kiçik sahibkarların gününü qara edəcəklər. Gündə yoxlamalar və s. Nəticədə bir çox iş yerləri bağlanacaq. Bunu elə etmək lazımdır ki, həmin şəxslərin işinə mane olmasın".

Bunu Demokrat.az-a açıqlamasında "Ağ Partiya" sədri Tural Abbaslı deyib. O bildirib ki, həmin obyektlərə tövsiyyə xarakterli, maarifləndirmə xarakterli kömək olunmalıdır:



"Bizdə isə ya ümumiyyətlə nəzarət olunmur, kim nə istəyir bişirir satır. Ya da təftişlər o qədər olur ki, axırda məcbur olub dönərxananı bağlayırlar və insanlar işsiz qalır. 

Burada məqsəd həmin obyektlərdəki məhsulun keyfiyyətinin artırılması olmalıdır, bu istiqamətdə addımlar atılmalıdır. AQTA gedib 500 manat, 1000 manat cərimələməklə deyil.  Yol göstərməlidir, maarifləndirici işlər görməlidir".

Qeyd edək ki, son olaraq Şəmkirdə 24 nəfər dönərdən zəhərlənib, onlardan 14-ü azyaşlı olub.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top