Zirvədə qalan alpinistin axtarışı dayandırılıb

DÜNYA 22 avqust 2025, 22:09
Ayağı sınıb "Pobeda" zirvəsində ilişib qalan rusiyalı alpinist Nataliya Naqovitsinanın  axtarışı dayandırılıb. 

Demokrat.az xəbər verir ki, bu barədə xilasetmə ekspedisiyasının rəhbəri Dmitri Grekov bildirib.

Grekov qeyd edib ki, idmançını sağ tapmaq şansı minimal olduğu üçün xilasedicilər risk etməmək qərarına gəliblər.

Naqovitsyna avqustun 12-də eniş zamanı yaralanıb. Yoldaşı ona ilk yardım göstərib və kömək üçün gözləmə düşərgəsinə gedib. Ertəsi gün iki əcnəbi ona kömək etməyə çalışsalar da, onlara yorğunluq və pis hava mane olub. Helikopterlə yardım etmək cəhdi isə uğursuz alınıb. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top