3500 abonentin qazı kəsiləcək

GÜNDƏM 22 avqust 2025, 20:57

Avqustun 25-də Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində mövcud qaz xətlərinin balans qovşağına qoşulması ilə əlaqədar qaz verilişində fasilə yaranacaq.

Demokrat.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb. 

Xəbərə görə, avqustun 25-də saat 10:00-dan işlər başa çatana qədər 3 500 abonentin qaz təchizatı dayandırılacaq.

Qurum yaranacaq narahatlığa görə abonentlərdən üzr istəyib və ehtiyat tədbirləri görməyi tövsiyə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top