
Makroregionda yağıntıların olmaması səbəbindən Xəzər dənizində suyun səviyyəsi 2025-ci ilin sonuna qədər 25 santimetr aşağı düşə bilər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə 10-cu Xəzər Media Forumunda Ümumrusiya Elmi-Tədqiqat Balıqçılıq və Okeanoqrafiya İnstitutunun Volqa-Xəzər bölməsinin rəis müavini Sergey Şipulin məlumat verib.
Onun sözlərinə görə, bu il dayazlaşma son beş illə müqayisədə ən şiddətli olacaq.
"Son 30 ildə Xəzər dənizinin ən yüksək səviyyəsi 1994-cü ildə qeydə alınıb və o vaxtdan bəri suyun səviyyəsi aşağı düşür. Ən böyük azalma son 5 il ərzində, 2020-ci ildən sonra baş verib. Son 5 ildə dənizə çox az miqdarda su daxil olub və bu il də əvvəlki illərdən daha az olacaq. Yağıntılarla bağlı tendensiya belə davam edərsə, 2030-cu ilə qədər dəniz səviyyəsinin 1 metr aşağı düşəcəyini istisna etmirik".
O əlavə edib ki, hazırda Xəzər dənizinin şimal hissəsi ən dayazdır, İran regionunda isə cənub hissəsi ən doludur.