"Azərbaycan-Türkmənistan münasibətlərinin qədim tarixi var. Bu iki xalq bir-birinə yaxın olublar, adətlərimiz, mədəniyyətimiz çox yaxındır. Həmişə bir-birimizə böyük hörmətlə yanaşmışıq. Müstəqillik dövründə isə bu münasibətlər daha yüksək səviyyəyə qalxıb".
Bunu Demokrat.az-a açıqlamasında deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, son dövrlərdə bu iki ölkə arasında münasibətlər mehriban qonşuluq münasibətlərinin ən yaxşı nümunəsi hesab edilə bilər:

"Qarşılıqlı səfərlər, beynəlxalq aləmdə eyni mövqedən çıxış etmə münasibətlərimiz üçün artıq xarakterikdir.
Türkmənistan lideri Berdiməhəmmədovun bir müddət əvvəl Xankəndiyə səfəri, indi isə cənab Prezidentimizin Türkmənistan səfəri bu münasibətləri daha da dərinləşdirməkdə maraqlı olduqlarını göstərir.
Bu səfərin bir önəmi də ondan ibarətdir ki, burada üç türk dövlətinin liderlərinin görüşü keçirilir. Özbəkistanla da çox sıx münasibətlərimiz var. Dünya türk dövlətləri birliyinin daha da gücləndiyinin şahidi olur".
Cavidan Mirzəzadə
Demokrat.az