“Netflix”də bürclərə uyğun yenilik

GÜNDƏM 22 avqust 2025, 23:19

"Netflix" platforması istifadəçilər üçün maraqlı yeniliyə imza atıb.

Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Bildirilir ki, artıq abunəçilər öz bürclərinə uyğun olaraq tövsiyə edilən film və serial siyahılarını görə biləcəklər.

Yeni funksiyanın ilk mərhələsində qız, şir və əqrəb bürcləri üçün nəzərdə tutulmuş siyahılar sabah platformanın əsas səhifəsində görünəcək. Yeniliyin təqdimatı "Qız bürcü mövsümünün" başlanğıcı ilə üst-üstə düşür (23 avqust – 22 sentyabr).

"Netflix"in məqsədi bu fərdi kolleksiyalar vasitəsilə istifadəçilərə kataloqda fərqli, maraqlı və aktual məzmunlar kəşf etdirməkdir. 

Bürc kolleksiyalarının adları isə belə olacaq:

- “Qızlar daim tələsir”  
- “Tərəzilər məhəbbətdə və müharibədə ədalətlidir”  
- “Əqrəblər sirrlərdən zövq alır”  
- “Oxatanlar macəra hədiyyə edir”  
- “Oğlaqlar boss rejimini aktivləşdirir”  
- “Dolçalar bu dünyadan deyillər”  
- “Balıqlar arzuları reallaşdırır”  
- “Qoç xaos və rəqabəti sevir”  
- “Buğalar əyləncənin mərkəzidir”  
- “Əkizlər sirr yaymağı bacarır”  
- “Xərçənglər ağlamaq istəyirsə, ağlayacaq”  
- “Şirlərin qəhrəman enerjisi var”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top