Bu ixtisasın keçid balı rekord qırdı

GÜNDƏM 23 avqust 2025, 00:15

Bu tədris ili üçün Azərbaycanın ən yüksək keçid balı olan ali təhsil ocağının adı açıqlanıb.

Demokrat.az xəbər verir ki, bu haqda  “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

Məlumata görə, ADA-nın Kompüter elmləri ixtisasının keçid balı 692-yə qalxaraq rekord qırıb.

Qeyd edək ki, bu, Azərbaycan Universitetləri üzrə bu zamana kimi qeydə alınan ən yüksək keçid balıdır.

Xatırladaq ki, ötən il ölkə üzrə ən yüksək keçid balı Bakı Ali Neft Məktəbində (BANM) qeydə alınmışdı ki, bu da 687 bal təşkil edirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top