Üç ay əvvəl "Mərcan" klinikasında abdominoplastika və liposaksiya əməliyyatı olunan pasiyent ölüb.
Hadisədən sonra klinikanın cərrahi əməliyyat aparmaq hüququ dayandırılıb, əməliyyatı həyata keçirən həkim isə inzibati qaydada cərimələnib.
Demokrat.az Xəzər TV-yə istinadən xəbər verir ki, Rusiya vətəndaşı olan qadının ölümündən sonra aparılan yoxlamalar zamanı ümumi cərrah Nigar Məhəmmədovanın sertifikasiyadan keçmədən plastik cərrah kimi fəaliyyət göstərdiyi məlum olub.
Lakin son günlər sosial şəbəkələrdə yayılan görüntülərdə onun paytaxtdakı özəl klinikalardan birində yenidən abdominoplastika və liposaksiya əməliyyatları icra etdiyi əksini tapıb.
Məsələ ilə bağlı Nigar Məhəmmədova açıqlama verib:
"Aidiyyəti qurumlar mənim fəaliyyətimə qadağa qoysa, qanun qarşısında boynum incədir. 25 ildir düzgün işləyirəm. Qadağa qoyularsa, baş üstə! Mənə saxta cərrah deyirlər. Halbuki Tibb Universitetini qırmızı diplomla bitirmişəm. Psixoloji əziyyət çəkirəm, əməliyyatlara girmirəm".
Səhiyyə Nazirliyindən bildirilib ki, Xüsusi Təftiş Komissiyasının təsdiqlədiyi plastik cərrahlar siyahısında Nigar Fazil qızı Məhəmmədovanın adı yoxdur. Analitik Ekspertiza Mərkəzi də əvvəlki yoxlamalar zamanı onun müvafiq sertifikasiyadan keçmədiyini təsdiqləyib. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə barəsində protokol tərtib olunub.
Baş Prokurorluq isə açıqlamasında qeyd edib ki, 11 iyun tarixində "Mərcan" klinikasında aparılan əməliyyat nəticəsində 37 yaşlı Arzu Sadıqovanın ölümü ilə bağlı araşdırmalar davam edir. İctimaiyyətə əlavə məlumat veriləcəyi vurğulanıb.
Ətraflı süjetdə: nbsp;