Polşa Rusiyaya etiraz notası verib

DÜNYA 21 avqust 2025, 21:38
Polşa Xarici İşlər Nazirliyi (XİN) pilotsuz uçuş aparatının ölkənin şərqinə düşməsi ilə əlaqədar Rusiya tərəfinə etiraz notası verib.

Oxu.Az bu barədə Polşa XİN-in saytına istinadla xəbər verir.

Sənəddə Polşa hakimiyyəti Rusiyanı "qəsdən təxribatda" və "Polşanın suverenliyini gözləmə öhdəliklərini" pozmaqda ittiham edir.

Xatırladaq ki, avqustun 20-də polis Polşanın şərqindəki Osinı kəndində qarğıdalı tarlasında partlayış baş verməsi barədə məlumat verib.

Vilayət prokurorluğunun nümayəndəsi qeyd edib ki, istintaq Belarusla sərhəddən 100 km aralıda qarğıdalı tarlasına düşən dronun istehsalçısını və növünü hələ müəyyən edə bilməyib.

Buna baxmayaraq, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış dronun Rusiyaya məxsus olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 avqust 2025, 22:30
21 avqust 2025, 21:23
Top