"Yay aylarında qızdırması olan uşaqlara bunları edin" — Pediatrdan AÇIQLAMA

GÜNDƏM 21 avqust 2025, 20:48
"Qızdırması olduğunu hiss etdiyiniz uşağı soyundurun, bədənini ilıq su ilə silin. Uşağa bol maye verməyə çalışın, çünki susuz qalan uşağın qızdırmasını salmaq çətin olur. Eyni zamanda olduğu otağın havasını sərinləşdirin, kondisioneri qoşun və uşağın bədəninin sərinləməsinə şərait yaradın".

Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış pediatr Günay Rəsulova deyib. 

O bildirib ki, qızdırma fiziki bir proses olduğuna görə, onun düşməsi üçün mütləq daxildən xaricə istilik ötürülməlidir:

"Əgər otağın temperaturu çox istidirsə, daxili və xarici temperatur arasında fərq olmadığından istilik mübadiləsi baş vermir və uşağın qızdırmasını salmaq çətinləşir. Bu nüansa mütləq diqqət yetirin. Bütün bunları etdikdən sonra uşağa parasetamol tərkibli sirop, şam və ya yaşına uyğun olaraq tablet verə bilərsiniz".


Qeyd edək ki, son zamanlar uşaqlar arasında qrip göstəriciləri olmadan qızdırma halları artıb. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 avqust 2025, 22:30
21 avqust 2025, 21:23
Top