Aparıcı Könül Baxşalının sosial şəbəkədə Ada Süleymanla bağlı duyğusal paylaşımı diqqət çəkib. O, dünyasını dəyişən Ada ilə bağlı xatirələrini bölüşərək ona təsirli sözlərlə vida edib.
Demokrat.az xəbər verir ki, Könül Baxşalı paylaşımında baş verənləri ifadə etməyin onun üçün çox ağır olduğunu bildirib. O, yayımladığı görüntülərin birlikdə qurduqları "YouTube" kanalı üçün hazırlanan giriş videosu olduğunu qeyd edib.
"Arzularımız çox idi, planlarımız böyük idi", deyə o yazıb.
Könül Baxşalı dünən Ada ilə birlikdə onun yeni yaşını qeyd etdiklərini və Adanın hər şeyin gözəl olacağına söz verdiyini də vurğulayıb.
Paylaşımın ən təsirli hissəsində isə mərhumun tez-tez danışdığı bacısının xatirəsini yada salıb:
"Adam, mən səni unutmayacağam. Həmişə mənə deyirdi ki, ölən bacımın adı Könül idi. Bu Könüldən ayrılıb o Könülə getdin. Ruhun şad olsun, Adam!"
Qeyd edək ki, paylaşımda Adanın vəfatının səbəbi ilə bağlı məlumat verilməyib.



