YapiKredi Müraciət Forması
Mazda CX-5
Kriminal

Eyni evi bir neçə adama satan MTK sahibi həbs edildi

Eyni evi bir neçə adama satan MTK sahibi həbs edildi

"Vesta Construction" MTK-nın sahibi Ceyhun Musarza oğlu Quliyev həbs edilib.

Demokrat.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, o, 1 milyon manatdan çox dələduzluqda ittiham olunur.

Şirkət rəhbəri çoxsaylı vətəndaş şikayəti əsasında polis tərəfindən saxlanılıb.

İttihama görə, "Vesta Construction" MTK tərəfindən eyni mənzil bir neçə şəxsə satılıb. Bu yolla satılan mənzillərin sayı çoxdur.

Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə yekun ittiham verilib. İş üzrə 7 nəfər zərərçəkmiş var.