Vulkanoloqlar Sakit Okeanın şimal-şərqində təxminən 1,5 kilometr dərinlikdə yerləşən Axial Seamount vulkanının 2025-ci ildə püskürə biləcəyinə dair əlamətlər olduğundan onun fəaliyyətini diqqətlə izləyirlər. Bildirilir ki, püskürmə insan həyatı üçün təhlükə yaratmasa da, tədqiqatçılara vulkanların quruda necə fəaliyyət göstərdiyini daha yaxşı başa düşməyə kömək edəcək.
Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, iyun ayında vulkanda bir gündə 2000-dən çox zəlzələ baş verib, bu, mümkün püskürmənin əlamətidir. Tədqiqatçıların dediyinə görə, bu rəqəm tezliklə 100-ə düşüb.
İyul ayında isə Kamçatka sahillərində 8,8 bal gücündə zəlzələnin törətdiyi sunami püskürmənin başlandığını bildirmək üçün nəzərdə tutulmuş avtomatik xəbərdarlıq siqnallarını işə salıb.
Qeyd edək ki, Axial Seamount Sakit Okeanın şimal-şərqində ən aktiv sualtı vulkan adlanır. Daha əvvəl - 1998, 2011 və 2015-ci illərdə püskürüb.
Jalə
Demokrat.az