"Diferensiallaşmanın olması çox vacibdir və mütləq lazımdır. Təəssüf ki, indiyə qədər bu həyata keçirilmir".
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
O, bildirib ki, ola bilsin ki, əməliyyat sistemləri buna imkan vermir, ödəniş sistemləri uyğun deyil və ya avtobuslarda operatorların sistemləri buna imkan yaratmır:
"Amma heç olmasa, dəmir yolunda və metroda bu sistemin tətbiqi çox faydalı olar. Bu vacibdir, çünki bir stansiya gedəndə 50 qəpik ödəyirsən, 15 stansiya gedəndə də 50 qəpik ödəyirsən. Bu, ədalətsizdir. Normal Avropa ölkələrində sərnişindaşımada tariflər diferensiallaşdırılıb və bu sahədə tənzimləmə mövcuddur. Mən hesab edirəm ki, biz bütün ictimai nəqliyyatda diferensiallaşdırmaya getməliyik".
İqtisadçı bildirib ki, əgər avtobuslarda operativ çətinliklər var və özəl sektor çoxdursa, ən azından dəmir yolunda və metroda ilkin olaraq bu sistem tətbiq olunmalıdır:
"Beləliklə, sərnişin getdiyi məsafəyə və stansiya sayına uyğun olaraq haqqını ödəyəcək ki, bu, tamamilə ədalətli və doğru bir qərar olar. Mən hesab edirəm ki, bunun üçün siyasi qərar tələb olunmur. Sadəcə, bu istiqamətdə işlər görmək istəyi olmalıdır. Başqa maneə yoxdur".
Əfsanə Kamal
Demokrat.az