Uşaqları oynadıb, sosial şəbəkədən pul qazanırlar — Deputat TƏNQİD ETDİ

GÜNDƏM 22 avqust 2025, 16:55
"Uşaqların əməyindən, onların davranışlarından sui-istifadə edib pul qazanmaq yolverilməzdir". 

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib. Onun sözlərinə görə, son illər bu hallar artıb:

"Bir də görürsən ki, kiçik uşaqları oxudurlar, oynadırlar, müəyyən hərəkətlərə sövq edirlər, yaramaz davranışlar öyrədirlər və bununla sosial şəbəkələrdə özlərinə reytinq qazanırlar, gəlir əldə edirlər. Bu, uşaqların psixologiyasına mənfi təsir göstərir. Bunlar uşaqlarımızın gələcəyi üçün çox ziyanlıdır. Fikrimcə, belə hallara qarşı mütləq qəti tədbirlər görülməlidir".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 oktyabr 2025, 00:20
08 oktyabr 2025, 23:37
Top