Fransada əlverişsiz hava bir neçə nəfərin ölümünə səbəb oldu

DÜNYA 15 sen 2021, 23:17
Fransanın cənubunda leysan yağışlar və dəniz səviyyəsinin yüksəlməsi insan tələfatı ilə nəticələnib.

"Report" xəbər verir ki, bu barədə BFM telekanalı yerli yanğınsöndürmə və xilasetmə xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, dəniz səviyyəsinin qalxması 5 nəfərin ölümünə səbəb olub.

Qeyd edək ki, ölkənin cənubunda ötən gündən başlayan əlverişsiz hava şəraiti bu gün də davam edir. Hazırda cənub əyalətlərində leysan yağışlar yağır, güclü külək əsir.

Güclü külək səbəbindən İspaniyaya gedən avtomobil yolunda nəqliyyatın hərəkətində yubanmalar yaranıb.

Əlverişsiz hava şəraiti ilə əlaqədar "narıncı" daşqın xəbərdarlığı edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top