Alimlərin yeni araşdırmasına görə, tennis və badminton kimi raket idman növləri qaçış və üzgüçülükdən daha çox insana ömür qazandırır. Mütəxəssis rəyləri və təfərrüatlar bunu təsdiqləyir.
Demokrat.az xarici mediaya istinadən xəbər verir k, həkimlər uzun müddətdir ürək sağlamlığını gücləndirmək və əzələləri işlətmək üçün ən təsirli məşq növləri kimi üzgüçülük və qaçışı tövsiyə edirdilər. Lakin son araşdırmalar göstərir ki, raketlə oynanan idman növləri bu sahədə bir addım öndə ola bilər.
"Mayo Clinic Proceedings" adlı elmi jurnalda dərc edilən bir tədqiqat, adətən daha "yüngül hərəkətli" hesab edilən bəzi idman növlərinin ürək sağlamlığına ciddi töhfələr verdiyini və insan ömrünü uzada bildiyini ortaya qoyub.
Danimarkada aparılan araşdırmada 8 500-dən çox şəxsin məlumatları təhlil olunub.
Nəticələrə əsasən, xüsusilə tennis və badminton digər bütün fiziki fəaliyyətlər arasında ən yüksək ömür artımı ilə əlaqələndirilib.
Araşdırmaya görə, tennis oynayanların ömrü orta hesabla 9,7 il, badminton oynayanların isə 6,2 il daha uzun olur.
Müqayisə üçün, mütəmadi qaçış edənlər ömürlərinə orta hesabla 3,2 il, üzgüçülər isə 3,4 il əlavə edə bilirlər. Britaniyalı alimlərin apardığı ayrı bir tədqiqat da bu nəticələri təsdiqləyir.
Tennis və badminton kimi raket idmanlarının effektiv olmasının əsas səbəbi, oyunçunun daim aktiv qalmasını tələb edən ani qaçışlar və istiqamət dəyişiklikləridir.
Bu dinamik hərəkətlər həm kalori yandırmanı artırır, həm də fiziki dözümlülüyü inkişaf etdirir. Bu səbəbdən tennis təkcə ürək sağlamlığı üçün deyil, çəki nəzarəti baxımından da çox faydalı sayılır.
Mütəxəssislər bildirirlər ki, raket idmanlarında təkrarlanan və bədən çəkisini daşıyan hərəkətlər sümük sıxlığını artırır və yaşla bağlı ortaya çıxan sümük əriməsinin (osteoporoz) qarşısını ala bilir. Bu da tennis və badmintonu yalnız kardio deyil, uzunmüddətli fiziki sağlamlıq sərmayəsi kimi də önə çıxarır.
Çoxları üçün məşqi davamlı etmək çətindir. Bəzi araşdırmalar idman zamanı zamanın daha yavaş keçdiyini göstərir.
Bu səbəbdən zövqlə edilən və sosial yönü olan tennis kimi idman növləri, həm kalori yandırmaq, həm də məşqi davamlı və əyləncəli etmək baxımından daha üstün ola bilər.
Jalə
Demokrat.az