Bu il neçə nəfər adını dəyişdirib? — RƏSMİ

SOSİAL 09 iyul 2025, 14:32
Bəzi insanlar öz adlarını bəyənmir. Kimisi adının köhnəlmiş, kimisi qəribə səsləndiyini, bəziləri isə sadəcə olaraq özünə uğur gətirmədiyini düşünür. Elə bu səbəbdən son illərdə adını dəyişdirənlərin sayı artmaqdadır.

Ədliyyə Nazirliyindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, cari ilin ilk 6 ayı ərzində 645 nəfərin adının dəyişdirilməsi qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşları adını, ata adını və soyadını yalnız 18 yaşına çatdıqdan sonra dəyişdirə bilər. Müraciətin qeydə alınması üçün tələb olunan dövlət rüsumu 15 manatdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top