İlk dəfə şəkər xəstəsi olan "Barbie" istehsal edildi

MARAQLI 09 iyul 2025, 17:10

Oyuncaq markası "Mattel" yeni "Barbie" gəlinciyini təqdim edib.

BAKU.WS xəbər verir ki, şirkət bu dəfə diabetli "Barbie" istehsal edib.

Yeni Barbi "Breakthrough T1D" qeyri-kommersiya təşkilatı ilə birlikdə hazırlanıb.

Qeyd edək ki, şirkət əvvəllər skoliozlu və eşitmə aparatlı gəlinciklər istehsal edlib. 

Xatırladaq ki, şəkərli diabet bədənin mədəaltı vəzinin insulin istehsal edən hüceyrələrini məhv etdiyi bir otoimmün xəstəlikdir. 

Çox vaxt uşaqlıqda diaqnoz qoyulur və xəstələr qan şəkərinin səviyyəsinə nəzarət etməli və gündəlik insulin vurmalıdırlar.

 

 


 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 iyul 2025, 19:02
Top