"14 saat qaldı" — Astroloqdan AÇIQLAMA

MARAQLI 28 avqust 2025, 14:52
"Bu gün Ay bütün gün Əqrəb bürcündə hərəkət edəcək".

Demokrat.az AZXEBER.COM-a istinadən xəbər verir ki, bu barədə astroloq Dinçer Güner öz sosial media hesabında paylaşım edib.

O, paylaşımında bildirib:

" Boz sahələrin yox olduğu, hər şeyin aydınlaşdığı, şəffaflaşdığı zamanlardır. Ən sadə hisslər belə böyüyür: sevinc coşquya, kədər yasa, sevgi isə ehtirasa çevrilir. Hisslərimiz bir vulkan kimi içimizdə qaynayır və ən kiçik bir hadisədə üzə çıxmağa hazır dayanır. İçimizdəki "detektiv” oyanır. İnsanların sözlərinin arxasındakı niyyətləri, gizlədilən həqiqətləri və gizli gündəmləri anlama qabiliyyətimiz zirvəyə qalxır. Bu, həqiqətlərin bir-bir ortaya çıxdığı bir dövrdür. Qısqanclıq, şübhəçilik və nəzarət ehtiyacı bu müddətdə daha tez alışa bilər.

Sevdiklərimizə qarşı daha çox sahiblenici ola bilər, ən kiçik bir qeyri-müəyyənlikdə narahatlığa qapıla bilərik. Məntiq bir qədər geri plana çəkilsə də, sezgilərimiz və instinktlərimiz adeta radar kimi işləməyə başlayır. Kimin səmimi, kimin saxta olduğunu dərhal anlayırıq. İçimizdən gələn səsə qulaq asmaq üçün mükəmməl zamandır.

Həyat yoldaşımızla və ya dostlarımızla normalda danışmaqdan çəkinəcəyimiz ən dərin mövzuları masaya yatırmaq cəsarətini tapa bilərik. Digər tərəfdən, nəzarət arzusunun artması ilə münasibətlərdə gizli və ya açıq güc savaşları yaşana bilər. "Mənim dediyim olacaq” inadlaşmaları və manipulyativ davranışlar ortaya çıxa bilər. Romantik münasibətlərdə ehtiras və fiziki cazibə artır.

Həm fiziki, həm də ruhi təmizlənmə üçün əla dövrdür. Evdəki lazımsız əşyalardan qurtulmaq, artıq sənə xidmət etməyən düşüncələri, insanları və vərdişləri həyatından çıxarmaq üçün plan qura bilərsən. Maraqladığın bir mövzunun dərinliyinə enmək, bir sirri açmaq və ya bir layihəyə fokuslanaraq araşdırma aparmaq üçün zehnin olduqca iti olacaq.

Şüuraltına enmək, travmalarla üzləşmək və şəfa tapmaq üçün bundan daha güclü bir zaman ola bilməz. Bu günlərdə libido da kəskin şəkildə arta bilər".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top