“Azərbaycanda müəllim sayının azalmasını əks etdirən rəqəmlər sadəcə olaraq bəzi təhsil müəssisələrində rasionallaşdırma və optimallaşdırmanın həyata keçirilməsi ilə əlaqədadır. Həmçinin sertifikasiya prosesində bəzi fənn müəllimlərinin sertifikasiyadan keçməməsinin nəticəsidir ki, tədricən belə vəziyyət ortaya çıxır”.
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. O bildirib ki, Azərbaycanda müəllimlərin azlığı fikri reallığı əks etdirmir:
“Hazırda bizdə kifayət qədər pedaqoji istiqamətlər üzrə kadr var - təxminən 55-60 min. Hər il də pedaqoji istiqamətlər üzrə qəbul aparılır. Rəqəmlərdə azalma qarşıdakı illərdə də nəzərə çarpacaq. Çünki hələ də bəzi təhsil müəssisələrində rasionallaşdırma aparılır, bir neçə müəssisə şagird sayı az olduğu üçün birləşir. Bu amil müəllimlərin sayına təsir göstərir”.
Cavidan Mirzəzadə
Demokrat.az