Üç bürcün nümayəndələri yaxın günlərdə həyatlarında müsbət dəyişikliklərlə qarşılaşa və uzun müddətdir davam edən problemlərdən qurtula bilərlər. Astroloji proqnoza görə, noyabrın 4-də Günəş və Merkuri arasındakı birləşmə onlara hadisələrə fərqli baxmağa, mühüm qərarlar verməyə kömək edəcək.
Demokrat.az xəbər verir ki, bu barədə "YourTango" nəşrində dərc olunan astroloji proqnozda bildirilir.
Qoç
Qoçlar indiyədək həllolunmaz hesab etdikləri bir çox problemin əslində düşündükləri qədər mürəkkəb olmadığını anlayacaqlar. Onlar enerjilərini tükəndirən və irəliləmələrinə mane olan vəziyyətlərdən uzaqlaşmaq qərarına gələcəklər.
Bu bürcün nümayəndələri keçmişdə qalan məsələlərə qayıtmaq əvəzinə, gələcək planlarına diqqət yetirəcəklər. Beləliklə, çətin dövrü geridə qoymaq üçün ilk addımı özləri atacaqlar.
Şir
Şirlər artıq onları yoran və narahat edən vəziyyətlərə dözmək məcburiyyətində olmadıqlarını anlayacaqlar. Baş verənləri fərqli qiymətləndirən bu bürcün nümayəndələri həyatlarında dəyişiklik etmək imkanlarının öz əllərində olduğunu görəcəklər.
Onlar mənfi düşüncələrdən uzaqlaşacaq, uzun müddətdir davam edən problemlərə enerji sərf etməyi dayandıracaqlar. Keçmişdəki çətinliklərdən nəticə çıxararaq özləri üçün yeni yol seçəcəklər.
Balıqlar
Balıqlar isə uzun müddətdir onları narahat edən problemin nəhayət geridə qaldığını hiss edəcəklər. Bu bürcün nümayəndələri əvvəlki qayğılarından uzaqlaşaraq rahat nəfəs ala biləcəklər.
Yaşadıqları təcrübə onlara gələcəkdə oxşar səhvləri təkrarlamamağı öyrədəcək. Balıqlar artıq onlara əziyyət verən münasibətləri qorumağa və dəyişməyən vəziyyətləri düzəltməyə çalışmayacaqlar.


