Zaqatala istiqamətində reyslərin sayı artırıldı — VİDEO

SOSİAL 28 avqust 2025, 16:48

“BakuBus” MMC əhatə dairəsini genişləndirərək artıq şəhərlərarası istiqamətlərdə də sərnişinlərə keyfiyyətli və rahat ictimai nəqliyyat xidməti təqdim edir. Bakı–Zaqatala–Bakı istiqamətinə ilk reys ötən ilin dekabr ayında istifadəyə verilib və bu xidmət sərnişinlər tərəfindən böyük maraqla qarşılanıb.

Demokrat.az xəbər verir ki, sərnişinlərin rahatlığının təmin olunması və artan tələbatın qarşılanması məqsədilə Bakı–Zaqatala–Bakı istiqamətində reyslərin sayı artırılıb.

Yenilənmiş qrafik sərnişinlər üçün daha əlverişli seçim imkanı yaradır və gediş-gəlişin daha rahat şəkildə təşkil olunmasına xidmət edir.

Bakıdan Zaqatala istiqamətində reyslər saat 11:00, 13:30 və 14:30-da, Zaqataladan Bakı istiqamətində isə 09:40, 12:00 və 13:30-da həyata keçirilir.

Əlavə reyslər sərnişinlərin rahat və təhlükəsiz səfərlərinin planlaşdırılmasına şərait yaradır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top