“Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması və üçtərəfli birgə bəyanatın qəbul edilməsi önəmli hadisədir”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
O deyib ki, Azərbaycanın əsas tələbləri öz əksini tapır:
““Qarabağda Minsk qrupunun fəaliyyətinə son qoyulması, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və Zəngəzur dəhlizinin açılması kimi məsələlər üzrə razılıq əldə olunub. Hazırda sülh müqaviləsinin tam imzalanması bir qədər zaman ala bilər. Çünki bəzi texniki və siyasi detallar hələ də müzakirə mərhələsindədir. Sentyabrdan etibarən tərəflər bu detallar üzərində daha intensiv işləməyə başlayacaqlar və yekun razılaşmalar əldə olunması gözlənilir. Dövlətlərarası münasibətlərin tam qurulması üçün, təbii ki, sülh müqaviləsinin imzalanması əsas şərtdir. Prezident İlham Əliyev də çıxışında bildirib ki, Ermənistan Konstitusiyasındakı dəyişikliklər həyata keçirilməli, Azərbaycanın ərazilərində olan xarici hərbi qüvvələr çıxarılmalı və yalnız bu halda sülh müqaviləsi imzalanmalıdır. Ermənistanla Azərbaycan arasında artıq rəsmi təmaslar qurulub. Sülh kontekstində birgə yaşamaq, kommunikasiya xətlərinin açılması və qaçqınların geri qayıtması kimi məsələlər də müzakirə olunur. Lakin əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır. Bu, regionda davamlı sabitlik və inkişaf üçün vacib mərhələ olacaq”.
Leyla Turan
Demokrat.az