"Çörək qiymətləri son həftələrdə stabildir və..." — AÇIQLAMA

GÜNDƏM 13 oktyabr 2025, 11:33
"Çörəyin qiymətində ciddi artım gözlənilmir, olsa belə, bu, əsasən daxili faktorlarla bağlı olacaq"

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

O, bildirib ki, qlobal bazarlara əsasən, London birjasında buğdanın qiymətində son günlərdə ciddi dəyişiklik yoxdur:

"Son altı ay ərzində qiymətlərdə təxminən 10–16% azalma müşahidə olunub. Amerikanın buğda bazarında da oxşar vəziyyət var. Bəzi günlər cüzi artımlar müşahidə olunsa da, bu, qiymətlərin kəskin qalxması demək deyil".

Ekspert bildirib ki, digər tərəfdən, ölkə daxilində xərclər artır:

"Enerji qiymətlərinin, işıq və qazın, dizel və benzinin bahalaşması daşımalar və istehsal xərclərinə təsir göstərir. Bu da sektorda fəaliyyət göstərən işçilərin vəziyyətinə təsir edir".

Onun sözlərinə görə, buna baxmayaraq, çörək qiymətləri son həftələrdə stabildir və ciddi dəyişiklik gözlənilmir:

"Əgər qiymət artımı baş verəcəksə, bu, əsasən Azərbaycanın daxili bazar şəraitindən qaynaqlanacaq, qlobal bazarlardan deyil".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 oktyabr 2025, 13:09
Top