"Yaxın 5 ildə bu göstəricilər daha aydın şəkildə özünü büruzə verəcək" — İqtisadçı

İQTİSADİ 13 oktyabr 2025, 11:39
"Azərbaycanın logistika gəlirləri gələcəkdə bir çox digər gəlirləri üstələyəcək. Bu, artıq qaçılmazdır”.

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Pərviz Heydərov bildirib. 

O əlavə edib ki, Azərbaycan dövləti və hökumətinin nəqliyyat infrastrukturuna yatırdığı investisiyaların da əsas məqsədi məhz budur:

“Bu, dövlət büdcəsi və ümumilikdə maliyyə dayanıqlılığı baxımından olduqca vacibdir. Addım-addım Azərbaycan bu istiqamətdə irəliləyir. Artıq Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə regional logistik mərkəzə çevrilmişdir. Bu istiqamətlər üzrə daşımalar davamlı şəkildə artır və genişlənir. Ona görə də yaxın 5 ildə bu göstəricilər daha aydın şəkildə özünü büruzə verəcək. Orta perspektivdə isə Azərbaycan logistika gəlirləri baxımından bir çox digər sahələrdən üstün mövqe tutacaq”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 oktyabr 2025, 13:09
Top