İtaliyanın məşhur Parmigiano Reggiano pendirinin istehsalçıları saxta məhsulların qarşısını almaq üçün pendirə mikroçip yerləşdirməyə başlayıblar.
Demokrat.az xəbər verir ki, konsorsiumun məlumatına görə, saxta "Parmezan" bazarının həcmi ildə təxminən 2 milyard dollar təşkil edir. Buna görə də istehsalçılar məhsulun orijinallığını qorumaq məqsədilə p-Chip adlı texnologiyadan istifadə etməyə qərar veriblər.
Bu mikroçip düyü dənəsi boyda kremniy transponderdir və pendirin üzərindəki kazein etiketinə yerləşdirilir. Hər çip məhsulun unikal seriya nömrəsini daşıyır və onun orijinallığını təsdiqləyir.
Mütəxəssislər bildiriblər ki, mikroçiplər tamamilə təhlükəsizdir, pendirin yetişmə prosesinə təsir etmir və udulduqda da aktivləşmir.
Qeyd edək ki, əsl Parmigiano Reggiano yalnız İtaliyanın Parma, Modena, Bolonya, Mantua və Reggio-Emilia bölgələrində, ciddi nəzarət altında istehsal olunur. Yeni texnologiya bu brendin saxtalaşdırılmasına qarşı son addım hesab edilir.