İsrail Avropaya şərtlərini açıqladı

DÜNYA 13 oktyabr 2025, 13:23
Avropa İsrailin Baş naziri Benyamin Netanyahun hökuməti ilə tam əməkdaşlığı bərpa etməsə, ABŞ Prezidenti Donald Trampın Qəzzadakı vəziyyətin tənzimlənməsi üçün yaratmağı təklif etdiyi "Sülh şurası"nda yer almamaq riski ilə üzləşib.

Demokrat.az-ın "Politico"ya istinadən verdiyi məlumata görə, bunu İsrailin Avropa İttifaqındakı (Aİ) yeni səfiri Avi Nir-Feldklyayn bildirib.

"Ancaq biz əvvəlcə münasibətlərimizin əsasında duran məsələləri aradan qaldırmasaq, güman ki, Qüdsdə bir qədər istəksizlik (Avropanı "Sülh şurası"na qəbul etməyə dair - red.) yaranacaq", - deyə İsrail diplomatı qeyd edib.

Səfir İsrail və Brüssel arasında münasibətlərin yenidən başladılmasının iki əsas məsələdən asılı olduğunu bildirib. Onun sözlərinə görə, Aİ İsrailin elmi və dövlət institutları ilə birgə proqramların maliyyələşdirilməsini bərpa etməlidir. İkinci addım isə, onun sözlərinə görə, İsrail ilə assosiasiya sazişinin dayandırılması təhlükəsinin aradan qaldırılması olmalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 oktyabr 2025, 14:12
13 oktyabr 2025, 13:09
Top