2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə qeydiyyata üzrlü səbəbdən gecikən uşaqların qəbul prosesi davam edir.
Demokrat.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, valideynlər 15 oktyabr 2025-ci il, saat 18:00-a qədər mektebeqebul.edu.az portalı vasitəsilə boş qalan yerlər üzrə məktəb və müəllim seçimini həyata keçirə bilərlər.
Qeyd edilən tarixə qədər övladları üçün portaldan sorğu yerləşdirən valideynlər daha sonra müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq qəbul prosesini yekunlaşdıra bilərlər.
Qeyd edək ki, cari tədris ili üzrə bu günə qədər I sinfə 130 mindən çox uşaq qəbul olunub.