HƏMAS bütün girovları azad etdi

DÜNYA 13 oktyabr 2025, 12:41
HƏMAS tərəfindən 2023-cü ilin oktyabrından bəri saxlanılan bütün sağ girovlar azad olunub.

İsrail mediasının məlumatına görə, azad olunan 20 nəfər Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə İsrail tərəfinə təhvil verilib.

Demokrat.az xəbər verir ki, HƏMAS nümayəndəsi də açıqlamasında “artıq təşkilatın əlində heç bir sağ girov qalmadığını” təsdiqləyib.

İsrailin “9-cu kanal” telekanalının məlumatına əsasən, azad edilənlərin 13 nəfərdən ibarət ikinci qrupu Qırmızı Xaçın nümayəndələrinə təhvil verildikdən sonra İsrailə çatdırılıb.

Azad olunan şəxslər arasında Rom Breslavski, Bar Kuperşteyn, Nimrod Koen, Evyatar David, Elkana Buxbut, Segev Kalfon, Avinatan Or, Yosef Haim Ohana, Maksim Xarkin, Eytan Horn, Matan Tsangaoker, David Kunyo və Ariel Kunyo kimi adlar yer alır.

Məlumata görə, Maksim Xarkin Donetsk şəhərindəndir və Rusiya vətəndaşı Talla Xarkinanın oğludur. Onun adı son iki il ərzində həm İsrail, həm də beynəlxalq mediada HƏMAS tərəfindən girov saxlanılan şəxslərdən biri kimi dəfələrlə çəkilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 oktyabr 2025, 14:12
13 oktyabr 2025, 13:09
Top