“Hacı Surxay Məmmədlinin avtomobilini kreditlə alması haram deyil”

SOSİAL 13 oktyabr 2025, 13:32
Tanınmış din xadimi Surxay Məmmədlinin idarə etdiyi “Nissan Patrol” markalı avtomobilin 250 000 manat dəyərində olması haqda iddialarla bağlı verdiyi açıqlama müzakirə yaradıb. Din xadiminin avtomobili, təxminən, bir il əvvəl 33 min manata, kredit yolu ilə əldə etdiyini deməsi tənqidə səbəb olub, kreditin dində haram olduğu bildirilib.

Pravda.az bu barədə S.Məmmədlinin mövqeyini öyrənməyə çalışıb. O isə “Açıqlamada hər şeyi demişəm. Təfərrüata ehtiyac duymuram…” deməklə kifayətlənib.

Kreditin dində haram olub-olmaması barədə sualları ilahiyyatçı Fazil Əhmədə ünvanladıq.



O isə deyib ki, bu mövzu barədə İslamda rəylər birmənalı deyil: “Bəzi fəqihlər krediti haram hesab edirlər. Bəziləri isə müəyyən şərtlər daxilində kreditə icazə verirlər. İcazə verilən hallar ortada mal olan hallardır. Məsələn, avtomobil, hər hansı məişət əşyası. Ortada mal varsa, onun nağd və kreditlə olan qiyməti də var. Kreditlə qiymət nağddan bir az baha olur. Buna görə də bir çox müctəhidlər ortada mal olduğu halda kreditə girməyi caiz, yəni icazəli hesab edirlər. Bu, insanların hansı alimə əsaslanmasından asılıdır. İstənilən alim, dinşünas, dini təhsil alan adam o demək deyil ki, fəqih sayılır. Adi din təhsili alan insan da mütləq şəriət hökmlərində hər hansı fəqihə əsaslanmalıdır. Necə ki dünyəvi elm sahəsində, məsələn, tibbdə insanlar mütəxəssis alimlərə istinad edirlər. Sosial şəbəkələrdə hacı Surxay Məmmədlinin kredit götürməsini haram kimi qələmə verənlər bilməlidirlər ki, müəyyən fəqihlər tərəfindən kredit haram hesab olunsa da, müəyyən fəqihlər tərəfindən haram hesab olunmur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 oktyabr 2025, 14:12
13 oktyabr 2025, 13:09
Top